“Güləş diplomatiyası”na zərbə

“Güləş diplomatiyası”na zərbə
  15 Fevral 2013    Oxunub:2337
Güləşin olimpiadadan çıxarılması yalnız idmançıları deyil, diplomatları da məyus edib. İran, ABŞ və Türkiyə də daxil olmaqla bir çox ölkə qərara etiraz etməyə çağırıb. “The New York Times“ isə güləşin İran və Amerikanı birləşdirən yeganə vasitə olduğunu vurğulayıb.
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) güləşi 2020-ci il Olimpiya oyunlarından çıxarmaq qərarı bir çox ölkələrlə yanaşı İranda da narazılıq yaradıb. Beynəlxalq Güləş Federasiyasının üzvü, iranlı Məhəmməd Təvəkkül, Amerika başda olmaqla Türkiyə, Rusiya və Yaponiya kimi ölkələri bu qərara etiraz etməyə çağırıb. MEHR xəbər agentliyi isə güləşin olimpiadadan çıxarılmasını “siyasi qərar” olaraq qiymətləndirib. İran Olimpiya Komitəsinin sədri Məhəmməd Əli Abadi də qərarı şərh edərkən “Bu qərar ölkə idmanı üçün böyük bir zərbədir” deyib.
Amerikanın nüfuzlu qəzetlərindən olan “The New York Times” da Amerika və İran kimi diplomatik əlaqələri olmayan iki ölkənin yalnız güləş döşəkçəsində bir araya gəldiyini yazıb. “Güləş diplomatiyasından” bəhs edən qəzet, iki ölkə arasında 1979-cu ildən dondurulan əlaqələrin ilk dəfə 1998-ci ildə Tehrana gələn amerikalı idmançılar tərəfindən canlandığını, 2007-ci ildə başqa bir çempionat çərçivəsində İrana gələn ABŞ-lı güləşçilərin iranlı qızlar tərəfindən milli geyim və çiçəklərlə qarşılandığını vurğulayıb.
Sonuncu, 2012-ci il London Olimpiadası isə 74 kiloqram çəki dərəcəsində qarşılaşan amerikalı güləşçi Cordon Ernest Burrougs ilə iranlı həmkarı Səid Sade Qoudarzinin qələbə kürsüsündə çiyin-çiyinə verdiyi pozlar daha yaddaqalan olub.



Teqlər:  





Xəbər lenti