Bakıda aylıq əməkhaqqı 1 385 manatdır

   Bakıda aylıq əməkhaqqı 1 385 manatdır
  30 İyun 2025    Oxunub:1302
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.
Bu barədə AzVision.az -a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel ayları ilə nisbətən 8,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.

AzVision.az


Teqlər:



Xəbər lenti