Moldova necə “yaşıl”laşır? - Təcrübə

   Moldova necə “yaşıl”laşır?    - Təcrübə
  17 İyun 2025    Oxunub:6300
Moldovanın özəl sektorunda “yaşıl” texnologiyaların tətbiqi üçün xüsusi dövlət proqramı qəbul edilib. Proqrama görə, sahibkar və ya fizik şəxs “yaşıl” texnologiyaların tətbiqinə 3 milyon leyə qədər sərmayə qoyursa, həmin məbləğin yarısını dövlət ödəyir.

Bu barədə AzVision.az -a moldovalı energetika eksperti Sergey Unquryanu məlumat verib. Onun sözlərinə görə, ölkədə ev təsərrüfatlarında və fərdi evlərdə “yaşıl” energetikanın tətbiq edilməsilə bağlı da xüsusi proqram var. Çoxmənzilli evlərə bu məqsədlə 70%-ə qədər qrant verilir. Həmin vəsaitlə istilik izolyasiyası, pəncərələrin və isitmə sistemlərinin dəyişdirilməsi, damlarda günəş panellərinin quraşdırılması kimi işlər həyata keçirilir.

Moldovada günəş panellərinin və onların tərkib hissələrinin idxalı gömrük rüsumlarından azaddır.

Bundan başqa, ölkədə 105 meqavatta qədər külək, 65 meqavatta qədər günəş qurğularının quraşdırılması üçün müntəzəm tenderlər həyata keçirilir.

Samir Quliyev
AzVision.az


Teqlər: Yaşıl-Enerji  



Xəbər lenti