Xəzər akvatoriyasında ən iri konteyner habı fəaliyyətə başlayıb

Xəzər akvatoriyasında ən iri konteyner habı fəaliyyətə başlayıb
  10 İyun 2025    Oxunub:1293
Xəzər dənizi akvatoriyasında ən iri konteyner habı Aktau limanında istifadəyə verilib.
Konteyner habı planlaşdırılandan əvvəl istismara verilib. Yeni hab tranzit imkanlarını genişləndirəcək və Qazaxıstanın Şərq-Qərb, həmçinin Şimal-Cənub və digər beynəlxalq marşrutlarda mühüm nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.

Qazaxıstanda analoqu olmayan müasir logistika infrastrukturu və qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Qovşağın fəaliyyətə başlaması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin istiqamətindən gələn 100 mininci konteynerin çatdırılması ilə simvollaşdırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti