Peskov: “Putinin təklifinin vaxtı daralır”

      Peskov:    “Putinin təklifinin vaxtı daralır”
  15 Mart 2025    Oxunub:508
Rusiya prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna birləşmələrinin silahı yerə qoyması təklifi qüvvədə qalır, lakin onun müddəti getdikcə azalır.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə bəyanatla çıxış edib.

“Bəli, bu təklif hazırda qüvvədədir, lakin onun vaxtı yumşaq dəri kimi qısalır”, - Kremlin sözçüsü bununla bağlı sualın cavabında jurnalistlərə bildirib.

Uşakov: "Putin Kurskda blokadada olan ukraynalıların həyatına zəmanət verib"
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ukrayna hərbçilərinin silahı yerə qoyması halında onlara həyat və layiqli rəftar təminatı verib. Lakin onun sözlərinə görə, müvafiq əmr Ukrayna rəhbərliyindən gəlməlidir.

Putinin təklifi ABŞ prezidenti Donald Trampın Kursk bölgəsində Ukrayna ordusuna “rəhm” etməyə çağıran bəyanatından sonra səsləndirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   ukraynalılar   təhlükəsizlik  





Xəbər lenti