DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  15 Mart 2025    Oxunub:393
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilənəticəsində martın 14-də ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 16 tüfəng, 1 patron darağı və 12 patron aşkar edərək götürüblər.

AzVision.az



Teqlər: DİN   əməliyyatlar  





Xəbər lenti