Növbəti ağacəkmə aksiyası keçirilib

Növbəti ağacəkmə aksiyası keçirilib
  15 Mart 2025    Oxunub:657
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
AzVision.az xəbər verir ki, ənənəvi qaydada Novruz bayramı ərəfəsində martın 15-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun ağac və kol bitkiləri əkilib.

Eyni zamanda, gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib. Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müraciətinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcəkdir.

AzVision.az


Teqlər: BŞİH   ağacəkmə   iməcilik  





Xəbər lenti