Ötən il yol qəzalarında 764 nəfər ölüb

   Ötən il yol qəzalarında 764 nəfər ölüb
  19 Fevral 2025    Oxunub:535
Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib. Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti