
Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında xidmət tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm vəzifələrin həyata keçirilməsi barədə məlumat verilib.

Müşavirədə ötən il ölkəmizdə ilk dəfə təşkil olunan Kiberdiplomatiya üzrə beynəlxalq konfrans və yeni yaradılan Kiberdiplomatiya Mərkəzinin fəaliyyəti xüsusilə qeyd edilib. Eləcə də, müşavirədə kiberməkanın qlobal təhlükəsizlik məsələlərinə təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müşavirədə ötən il ərzində Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatlarının mühafizəsi üçün yeni hüquqi-normativ çərçivələrin hazırlanması kimi mühüm addımlar atıldığı qeyd olunub.

Tədbirdə həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi üçün görülən işlər və əldə olunan nəticələr müzakirə edilib. Müşavirəyə yekun vuran xidmət rəisi İlqar Musayev cari ildə xidmətin qarşısında duran məsuliyyətli vəzifələrin icrası üçün görüləcək tədbirlər haqqında tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
AzVision.az