Tbilisidən Bakıya uçan təyyarə gecikir

   Tbilisidən Bakıya uçan təyyarə gecikir
  18 Fevral 2025    Oxunub:604
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
Bu barədə AzVision.az -a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti