Cüdoçularımız Avropa Kubokuna 6 medalla başlayıblar
![Cüdoçularımız Avropa Kubokuna 6 medalla başlayıblar Cüdoçularımız Avropa Kubokuna 6 medalla başlayıblar](https://azvision.az/photos/2025/02/cudo_avropa_kubok_160225_1-(1)-1739692191.jpg)
50 kiloqram çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.
55 kiloqramda final görüşündə yığmanın iki cüdoçusu Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. M.Hüsiyev qızıl, R.Əlizadə isə gümüş medalın sahibi olub.
60 kiloqramda mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub.
66 kiloqramda Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.
AzVision.az
Teqlər: