Bəzi cərimələr 4 dəfə artırılır

   Bəzi cərimələr 4 dəfə artırılır
  14 Fevral 2025    Oxunub:547
Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin n bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan qanuna əsasən, bu cərimə 50 manatdır. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti