Ali Çelik digər bənzəri məkanlardan fərqli olaraq daha böyük və yeni konseptlə təşkil olunan bu kitabxanada həm Türkiyə, həm də Azərbaycan dillərində ölkəmizə dair nəşrlərə ciddi ehtiyacın olduğunu bildirib.
O, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihə əsasında bu ilin aprelində kitabxanada “Azərbaycan Günü”nün təşkil olunacağı və burada ölkəmizə dair nəşrlərin təqdimatının keçiriləcəyini deyib.
![](https://azvision.az/photos/2025/02/1739461832348898520_1200x630-1739468390.jpg)
Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri, Türk dünyası ədəbiyyatının banilərindən olan Nizami Gəncəvi yaradıcılığına dair beynəlxalq konfransın təşkili, eləcə də açıq havada Azərbaycan klassik musiqisi və muğamlarından ibarət konsert proqramının keçirilməsi ilə bağlı razılıq əldə edilib.
![](https://azvision.az/photos/2025/02/17394618325785039031_1200x630-1739468408.jpg)
Samir Abbasov öz növbəsində Rami Kitabxanası ilə birgə layihə çərçivəsində bu elm mərkəzinin səsli kitabların hazırlanması bölməsində Azərbaycan xalq nağıllarının səsli versiyalarının ərsəyə gətirilməsi ilə bağlı razılığın əldə edildiyini deyib.
O, bu təşəbbüsün ədəbiyyat nümunələrimizin təbliği və türk uşaqlara Azərbaycan folklorunun tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycana dair yeni nəşrlər kitabxananın fonduna təqdim edilib.
AzVision.az