Ronaldu dünyada ən çox maaş alan idmançı oldu

   Ronaldu dünyada ən çox maaş alan idmançı oldu
  13 Fevral 2025    Oxunub:331
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu 2024-cü ildə ən çox maaş alan idmançılar siyahısına başçılıq edir.
AzVision.az “Sportico” nəşrinin məlumatına istinadən xəbər verir ki, Kriştianu Ronaldu keçən il 260 milyon dollar qazanıb. Reytinqdə ikinci yeri basketbolçu Stiven Karri (153,8 milyon), üçüncü yeri isə boksçu Tayson Fyuri (147 milyon) tutub. 135 milyon dollar qazanan argentinalı futbol ulduzu Lionel Messi isə14-cü yerlə kifayətlənməli olub. Reytinqin ilk onluğunda beş futbolçu, iki basketbolçu və iki boksçu, həmçinin bir qolfçu var.

Maraqlıdır ki, 2024-cü ildə ən çox maaş alan idmançıların ilk 100-lük siyahısına bir qadın da daxil olmayıb. Ən çox maaş alan idmançı isə 125-ci yerdə qərarlaşan qadın idmançı amerikalı tennisçi Kori Qauffdur. Onun ötən il qazancı 30,4 milyon olub.

Ötən il ən çox pul qazanan idmançıların siyahısı belədir:
1. Kriştianu Ronaldu (futbol) – 260 milyon dollar
2. Stiven Karri (basketbol) - 153,8 milyon
3. Tayson Fyuri (boks) - 147 milyon
4. Lionel Messi (futbol) - 135 milyon
5. Lebron Ceyms (basketbol) - 133,2 milyon
6. Neymar (futbol) - 133 milyon
7. Aleksandr Usik (boks) - 122 milyon
8. Kərim Benzema (futbol) - 116 milyon
9. Kilian Mbappe (futbol) - 110 milyon
10. Con Ram (qolf) - 105,8 milyon dollar

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ronaldu   maaş  





Xəbər lenti