Dövlət xidmətinin hərbi qulluqçuları təltif edildi

   Dövlət xidmətinin hərbi qulluqçuları təltif edildi
  13 Fevral 2025    Oxunub:328
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

“Vətən uğrunda” medalı ilə

Babayev Azər Ələddin oğlu – polkovnik

Qasımov Elnur Əhməd oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qayqiyev Şamil Mahama oğlu – mayor.

AzVision.az



Teqlər:





Xəbər lenti