Somali Prezidenti komando hərbi hissəsində olub
![Somali Prezidenti komando hərbi hissəsində olub
Somali Prezidenti komando hərbi hissəsində olub](https://azvision.az/photos/2025/02/17394457876014317105_1200x630-1739446815.jpg)
Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələrinin monitorda əks olunduğu qapalı atış şəhərciyinə gələrək burada yaradılan şəraitlə tanış olublar.
Hərbi qulluqçuların məişət şəraiti ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əşya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya baxıblar.
Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.
Müdafiə Sənayesi Nazirliyinin, həmçinin "RTX" və "Improtex" şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgini izləyən qonaqlara onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Daha sonra Somali nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
AzVision.az
Teqlər: