Bakıda yanğın təhlükəli restoran bağlandı
![Bakıda yanğın təhlükəli restoran bağlandı
Bakıda yanğın təhlükəli restoran bağlandı](https://azvision.az/photos/2025/02/17394324506246111128_1200x630-1739435292.jpg)
O cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib, təxliyə planı və zal hissəsində ikinci təxliyə çıxış qapısı mövcud deyil, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanmış Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
AzVision.az
Teqlər: