Bakıda Asiya PA-nın 15-ci plenar sessiyası keçiriləcək

Bakıda Asiya PA-nın 15-ci plenar sessiyası keçiriləcək
  12 Fevral 2025    Oxunub:276
Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə qurumun bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaqdır. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcəkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti