Heydər Əliyev Fondu beynəlxalq mükafata layiq görüldü

   Heydər Əliyev Fondu beynəlxalq mükafata layiq görüldü
  08 Fevral 2025    Oxunub:328
Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-ICESCO" mükafatının qalibləri sırasında yer alır.
AzVision.az xəbər verir ki, mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir.

Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb.

Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti