Hacıqabulda zəlzələ baş verib

Hacıqabulda zəlzələ baş verib
  08 Fevral 2025    Oxunub:367
Fevralın 8-də Hacıqabul rayonunda zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 38 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti