Naxçıvanda hərbi sursat aşkarlanıb
![Naxçıvanda hərbi sursat aşkarlanıb Naxçıvanda hərbi sursat aşkarlanıb](https://azvision.az/photos/2025/02/67a73cbfd8f1767a73cbfd8f18173901331167a73cbfd8f1467a73cbfd8f16-1739013446.jpg)
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanan sursatların 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
AzVision.az
Teqlər: FHN Naxçıvan hərbi-sursat