Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlində dəyişiklik olmayıb
![Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlində dəyişiklik olmayıb Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlində dəyişiklik olmayıb](https://azvision.az/photos/2025/02/AER-1739006828.jpg)
Hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq uçuşu olan sərnişinlərə hava limanına gəliş vaxtlarını əvvəlcədən planlaşdırmaları tövsiyə olunub.
Hava limanı ərazisində qeydə alınan güclü külək səbəbindən sərnişinlərə və ziyarətçilərə ehtiyac olmadıqda uzun müddət açıq havada qalmamaq tövsiyyə edilib.
“Qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.
AzVision.az
Teqlər: aeroport uçuşlar sabitlik