Üç gündür axtarılan 17 yaşlı oğlanın meyiti tapıldı

Üç gündür axtarılan 17 yaşlı oğlanın meyiti tapıldı
  07 Fevral 2025    Oxunub:344
Ağcabədidə itkin düşən 17 yaşlı oğlanın cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti