Saatlıda narkotik çəkib maşın sürənlər həbs edilib

Saatlıda narkotik çəkib maşın sürənlər həbs edilib
  07 Fevral 2025    Oxunub:396
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti