Komitə sədri Gəncədə vətəndaşları qəbul edib

Komitə sədri Gəncədə vətəndaşları qəbul edib
  30 Yanvar 2025    Oxunub:333
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində vətəndaşları qəbul edib.
Bu barədə AzVision.az -a komitədən məlumat verilib. Bildirilib ki, qəbulda əsasən Gəncə, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış, həmçinin Kəlbəcər rayonundan olan və yaxın bölgələrdə yaşayan məcburi köçkünlər iştirak ediblər.

Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti