Lukaşenko Ermənistan barədə: "Paşinyan ölkəni məhv edəcək”

 Lukaşenko Ermənistan barədə:  "Paşinyan ölkəni məhv edəcək”
  26 Yanvar 2025    Oxunub:687
"Paşinyan Ermənistanın sonunu gətirəcək".
AzVision.az Rusiyanın "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko jurnalistlərin Ermənistanın Qərbə yönəlməsi barədə suallarına cavab olaraq deyib.

“Onlar Avropa İttifaqı ilə oyun qurublar. Özü də çox təhlükəli bir oyun! Paşinyan Ermənistanı məhv edəcək, sakitləşdirin onu orada”, - Belarus lideri bildirib.

Lukaşenko, Ermənistan tərəfinin guya Dağlıq Qarabağ münaqişəsi zamanı Minskin Bakını dəstəkləməsi ilə bağlı ittihamlarına da münasibət bildirib. “Paşinyan özü Dağlıq Qarabağdan imtina etdi"-, o deyib.

Belarus-Ermənistan münasibətləri Aleksandr Lukaşenkonun Bakı və İrəvan arasında Qarabağla bağlı münaqişə ilə bağlı verdiyi bəyanatdan sonra pisləşib. Belarus Prezidenti Qarabağdakı əməliyyatı azadlıq müharibəsi adlandırıb. Daha sonra Paşinyan bəyan edib ki, Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətdə bu ölkəyə səfər etməyəcək.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti