Aİ Qəzzaya 120 milyon avro yardım göndərəcək - VİDEO

   Aİ Qəzzaya 120 milyon avro yardım göndərəcək -    VİDEO
  16 Yanvar 2025    Oxunub:340
Avropa İttifaqı İsrail və HƏMAS arasında bağlanan atəşkəsin ardınca hərbi əməliyyatların dayandırıldığı Qəzza zolağının bərpası məqsədilə 120 milyon avro həcmində humanitar yardım ayırıb.
Bu barədə Avropa Komissiyasının sözçüsü Eva Herençirova jurnalistlərə məlumat verib. O vurğulayıb ki, bu yardım Qəzzada humanitar böhranın həlli istiqamətində göndəriləcək.

Yardım paketinə ərzaq, tibbi ləvazimatlar və sığınacaq imkanları da daxildir.

Eyni zamanda, yerli mətbuat yazır ki, Fələstinin Baş naziri Məhəmməd Mustafa Avropa Şurasının rəhbəri Antoniu Koşta və ittifaqın xarici siyasət rəhbəri Kaya Kallasla görüşlər keçirəcək, bu və digər məsələlər ətrafında danışıqlar aparacaq.

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa   Qəzza   yardım  





Xəbər lenti