"Bunları etsək, tıxaclar olmaz" - Ekspert

 "Bunları etsək, tıxaclar olmaz" -  Ekspert
  08 Yanvar 2025    Oxunub:451
"Metronun inkişafı vacibdir. Prezident İlham Əliyevin dövründə yeraltı nəqliyyat sahəsində inkişaf baş verib. Yeni stansiyaların açılması ilə bağlı artıq göstəriş də verilib. Sadəcə olaraq, bu stansiyaların tikintisini sürətləndirmək lazımdır. Bu, iş icraçılarından, metropoliten rəhbərliyindən asılı olan bir məsələdir".
Bu sözləri AzVision.az -a nəqliyyat eksperti Elməddin Muradlı Prezident İlham Əliyevin Bakıda 10 metro stansiyasının inşa ediləcəyi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Metroda gedişhaqqı artırılır? - Açıqlama
"Prezidentin tapşırığından sonra məsələyə ciddi yanaşacaqlar və tez bir zamanda bu stansiyalar tikiləcək. Kömək üçün digər ölkələrdən dəstək almaq olar. Rusiyanın, Türkiyənin bu sahədə çox böyük təcrübəsi var. Fikirmcə onlardan da faydalanmaq olar.

Metro stansiyalarının tikilməsi, sayının artırılması tıxacla mübarizədə effektiv üsuldur. Bütün tıxac problemlərinin dərhal öz həllini tapacağını demirəm. Amma hər halda sərnişinlərimiz üçün çox faydalı olacaq. İctimai nəqliyyata üz tutan insanların sayı çox olacaq. Hansı ki, əsas məqsəd də budur: Metronun inkişafı ilə yanaşı, avtobusların da sayını artırmaq, intervalı azaltmaq lazımdır. Avtobusların sürətli və müntəzəm hərəkətini təmin etmək lazımdır. Bütün bu kimi məsələlər də öz həllini taparsa, tıxacla mübarizədə effektiv nəticə əldə olunacaq", - deyə E.Muradlı qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   metro  





Xəbər lenti