Dövlət qurumlarının adına bənzəyən 100 domen bloklanıb

   Dövlət qurumlarının adına bənzəyən 100 domen bloklanıb
  08 Yanvar 2025    Oxunub:433
Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.
AzVision.az -ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə 46 % azdır. Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.

2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 46 % azdır. Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti