Məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb

Məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb
  28 Dekabr 2024    Oxunub:368
Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti