İsrail aviaşirkəti Moskvaya bütün uçuşları ləğv edib

   İsrail aviaşirkəti Moskvaya bütün uçuşları ləğv edib
  27 Dekabr 2024    Oxunub:305
İsrailin “El Al” aviakompaniyası Rusiyanın hava məkanında yaranan vəziyyətlə əlaqədar həftə ərzində Təl-Əviv və Moskva arasında bütün uçuşları dayandırıb.
Aviakompaniya gələn həftə uçuşların bərpa edilib-edilməyəcəyinə dair qərar vermək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti