ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır
  18 Dekabr 2024    Oxunub:296
Co Bayden adminsitrasiyası öz səlahiyyət müddəti bitənə qədər Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller belə bəyanatla çıxış edib.

“Öz reaksiyamızı necə sərtləşdirdiyimizi gördünüz. Biz əlavə sanksiyalar da daxil olmaqla, cavab tədbirlərimizi gücləndirməyə davam edəcəyik. Bu sanksiyaların konkret nədən ibarət olacağını deməyəcəyəm. Amma səlahiyyət müddətimiz bitməmiş Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, - amerikalı məmur Gürcüstanla bağlı Aö Ev administrasiyasının mövqeyini açıqlayıb.

Xatırladaq ki, Gürcüstanda müxalifət və prezident Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlamnet seçkilərin nəticələrini tanımadıqdan sonra ölkədə çoxsaylı etiraz aksiyaları keçirilib.
Noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü arzusu” partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqları məsələsini gündəlikdən çıxarmaq və bütün büdcə qrantlarından imtina etmək qərarını açıqlamasından sonra ölkədə yeni etiraz dalğası başlayıb.

Kobaxidze : "Zurabişvili prezident sarayından getməlidir"
Bundan əlavə, xarici havadarlarının təhriki ilə öz postunu tərk etməkdən boyun qaçıran prezident Salome Zurabişvili həmçinin dekabrın 14-də Gürcüstanda baş tutan prezident seçkilərini də qeyri-legitim adlandıraraq, prezident iqamətgahından çıxmayacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Gürcüstan   sanksiyalar  





Xəbər lenti