Suriyanın Baş naziri: "Ölkənin valyuta ehtiyatları tükənir"

 Suriyanın Baş naziri: "Ölkənin valyuta ehtiyatları tükənir"
  17 Dekabr 2024    Oxunub:516
"Hazırda Suriyanın valyuta ehtiyatları tükənmək üzrədir".
Bu sözləri Suriyanın müvəqqəti Baş naziri Məhəmməd Əl-Bəşir "Al Jazeera" telekanalına açıqlamasında dilə gətirib. Baş nazir, xüsusilə dollar ehtiyatlarının tükəndiyini vurğulayıb
.
"Çünki Bəşər Əsəd hökuməti müharibə ərzində öz səylərini maliyyələşdirmək üçün həddən artıq pul xərcləyib", - o deyib.

Digər tərəfdən, Baş nazirin iddiasına zidd olaraq, Suriyanın sabiq və hazırkı hökumət nümayəndələrinin "Reuters"ə açıqlamasına görə, ölkənin Mərkəzi Bankının valyuta ehtiyatları təqribən 200 milyon dollara bərabərdir.
İran XİN: "Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq"

Xatırladaq ki, dekabrın 8-də 24 illik Bəşər Əsəd hökumətinin müxalif qüvvələr tərəfindən devrlməsi fonunda ölkədə müvəqqəti keçid hökuməti qurulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   iqtisadi-vəziyyət   dollar  





Xəbər lenti