ABŞ dövlət katibi Ankaraya səfər edib

   ABŞ dövlət katibi Ankaraya səfər edib
  12 Dekabr 2024    Oxunub:1262
ABŞ Dövlət katibi Entoni Blinkenin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gəlib.
AzVision.az xəbər verir ki, amerikalı rəsmi İordaniyadan qardaş ölkəyə gəlib və onun sabah xarici işlər naziri Hakan Fidanla görüşəcəyi bildirilib.

Qeyd edilir ki, səfər çərçivəsində Suriyada Bəşər Əsəddən sonra keçid müddəti və ölkədəki siyasi proseslər, bundan əlavə, Qəzzada mümkün atəşkəslə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, daha öncə Blinkenin dekabrın 13-də Türkiyəyə gələcəyi barədə məlumat yayılmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti