Moskvada əks-səda doğuran qətl baş verib

   Moskvada əks-səda doğuran qətl baş verib
  12 Dekabr 2024    Oxunub:890
Moskvada “Mars” Konstruktor bürosunun baş konstruktorunun müavini, proqram təminatı şöbəsinin rəhbəri Mixail Şatski öldürülüb.
AzVision.az xəbər verir ki, “UNİAN” agentliyinin Ukrayna Silahlı Qüvvələrindəki mənbəsi rusiyalı konstruktorun öldürülməsində Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) iştirakını istisna etməyib.

Mixail Şatski “Rosatom” dövlət nüvə enerji holdinqinin törəmə şirkəti olan “Mars” Moskva Eksperimental-Konstruktor Bürosu federal dövlət müəssisəsində işləyib.

“Şatski X-59 qanadlı raketlərinin X-69 səviyyəsinə yüksəldilməsində iştirak edirdi. Həmkarları onu PUA, habelə Rusiyanın digər təyyarə və kosmik gəmilərində süni intellektin tətbiqinin əsas ideoloqu sayırdılar”, - mənbə bildirib.

Açıq mənbələrdəki məlumatlara görə, Rusiyanın “Mars” Konstruktor Bürosu dövlət müdafiə sifarişi əsasında “Raduqa” Konstruktor Brüosu üçün yuxarı pillələrdə idarəetmə və bort yönləndirmə sistemlərinin modernləşdirilməsi və istehsalı ilə məşğuldur. “Raduqa” Konstruktor Bürosu müxtəlif növ qanadlı raketlərin hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Şatskinin ölümü barədə ilk xəbər verən rusiyalı jurnalist Aleksandr Nevzorov əməliyyatın Ukraynanın BKİ-si tərəfindən həyata keçirdiyini iddia edib. Lakin bu məlumat rəsmi şəkildə hələ ki, təsdiqlənməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   konstruktor   qətl  





Xəbər lenti