Medvedev: "Suriyanın daxili vəziyyəti Əsəd hökumətindən asılı idi"

   Medvedev:    "Suriyanın daxili vəziyyəti Əsəd hökumətindən asılı idi"
  12 Dekabr 2024    Oxunub:748
Rusiyanın Dəməşqə göstərdiyi dəstək effektli oldu. Lakin Suriyanın daxilində baş verən proseslər ölkənin keçmiş prezidenti Bəşər Əsəd hökumətindən asılı idi.
Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Xatırladaq ki, noyabrın 28-dən Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başladılar. Onlar Hələb şəhərini ələ keçirərək, Homs, Həmanı da işğal etdilər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşdılar. Bundan əlavə, kürdlərə bağlı qüvvələr Deyr əz-Zor şəhərini nəzarətə götürdü. Nəticədə ölkə müxalifətin əlinə keçdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti