"Nikol ölkəni “Kardaşyan realiti şousuna” çevirib" - Erməni politoloq

  "Nikol ölkəni “Kardaşyan realiti şousuna” çevirib"    - Erməni politoloq
  12 Dekabr 2024    Oxunub:1295
"Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bütün ciddi təhdidlərə, beynəlxalq proseslərə məhəl qoymadan ölkəni “Kardaşyan realiti-şousuna” çevirib".
Bu fikri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan “Sputnik Ermənistan”da keçirdiyi mətbuat konfransında səsləndirib.

Paşinyan Ermənistan üçün təhlükənin mənbəyini göstərib
“Biz Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsi təhlükəsi ilə üz-üzəyik. Lakin hakimiyyət bu təhlükəyə qeyri-adekvat reaksiya verir. Ölkə başçısı velosiped sürməsini, dolma bişirməsi, filmə baxması, kamera önündə təraşını nümayiş etdirməklə keyfiyyətsiz blogerə çevrilib.Getdikcə ölkəmiz “Kardaşyan şousuna” çevrilir”, - siyasətçi gileylənib.

Zurabyan qeyd edib ki, Azərbaycanın təbliğat maşını fəal işləyir, Ermənistanı təxribata hazırlaşmaqda ittiham edirlər: "Onlar Fransa və Hindistanın ölkəmizi silahlandırmaları barədə xəbərlər yayırlar. Ermənistan hakimiyyətinə gəlincə, Paşinyan “sülh mövzusuna qapılıb” və bütün siyasi rəqiblərini revanşist kimi qələmə verməyə çalışır. Bəzi müxalifət qüvvələri isə bu məsələlərdə yalnız mövqeyini gücləndirməklə məşğuldur. Buna görə də etiraz hərəkatı iflasa uğrayır. Nə qədər ki, xalq ortada siyasi qüvvə görmür, revanşist olmayacaq və Azərbaycan lideri ilə müharibəyə başlamayacaq. Paşinyan isə təhlükəsizlikdə qalacaq".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan  





Xəbər lenti