Zelenski Gürcüstana görə Qərbi tənqid edib

Zelenski    Gürcüstana görə    Qərbi tənqid edib
  12 Dekabr 2024    Oxunub:790
Qərb Gürcüstandakı vəziyyətə və Rusiyanın onun üzərində nəzarəti bərqərar etmək cəhdlərinə kifayət qədər qətiyyətli reaksiya verməyib.
AzVision.az xəbər verir ki, Qərbin ünvanına belə ittiham səsləndirən Ukrayna prezidenti Volodimir Zelenski, Gürcüstandakı vəziyyəti misal gətirərək, Ukraynanın məğlubiyyətinin həm Avropada, həm də onun hüdudlarından kənarda “müharibə partlayışlarına” gətirib çıxaracağı ilə hədələyib.

“Dünən azad və demokratik olan Gürcüstan bu gün oliqarxlar tərəfindən qəsb edilib. Bütün güc birbaşa Moskva ilə, enerji ilə və s. bağlı olan bizneslərə məxsusdur. ABŞ indi hansı güclü tədbirlər görüb? Avropa ölkələri hansı güclü tədbirləri görüblər? Siz açıq deyirəm, mən görmürəm. Eyni şey Moldovada da davam edəcək, yüksək risklər var”, - Volodimir Zelenski xəbərdarlıq edib.

Qeyd edək ki, Gürcüstan müxalifəti ilə həmrəyliyini açıqlayan Zelenski bir neçə gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisatçısı və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq olunması barədə sərəncam imzalayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcastan   Zelenski   Qərb  





Xəbər lenti