Robert Fitso Ukraynadakı vəziyyət 1938-ci illə müqayisə edib

   Robert Fitso Ukraynadakı vəziyyət 1938-ci illə müqayisə edib
  12 Dekabr 2024    Oxunub:862
Qərb uğursuzluqdan sonra Ukraynanı qurban verəcək. Belədə 1938-ci ildə Çexoslovakiya kimi Ukraynanı bölə bilərlər.
AzVision.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində belə versiya səsləndirib.

“Vaxt gələcək ki, Qərb deyəcək: “Yaxşı, alınmadı, onda biz Ukraynanı qurban verərik”. 1938-ci ildə Çexoslovakiyanın qurban verildiyi Münhen müqaviləsinə baxın. Qorxuram ki, Ukrayna ilə də oxşar hadisə baş verə bilər. Ukrayna öz ərazisinin üçdə birini itirə bilər, qalan ərazilərdə isə xarici qoşunlar xidmət edəcək. Bu ssenari Ukrayna üçün xoşbəxtlik yox, əksinə, Qərb tərəfdaşları tərəfindən “xəyanət” olacaq”, - Slovakiyanın baş naziri tarixi müqayisə aparıb.

Həmçinin, heç vaxt Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyini bəyan edən Rosbert Fitso, Rusiyaya qarşı sanksiyaların və Ukraynaya maliyyə dəstəyinin yaxşı nəticə vermədiyini, əskinə Rusiya qoşunlarının cəbhədə irəlilədiyinə diqqət çəkib.

O, Rusiya ilə Avropa arasında yeni “dəmir sərhəd”in yaranmasına qarşı çıxaraq, müharibə başa çatdıqdan sonra hamının Moskva ilə ticarət etmək istəyəcəyini xüsusi olaraq vurğulayıb.

- Mən Rusiya ilə münasibətlərin normallaşmasını istəyirəm. Biz normal dialoqa başlamalıyıq, çünki bu gün baş verənlər normal deyil. Mən zəmanət verirəm ki, müharibə hamı üçün bitdikdən sonra münasibətlər hərənin öz maraqları əsasında qurulacaq”, - Slovakiya hökumətinin başçısı deyib.

Siayasətçinin fikrincə, müharibə nəticəsində ərazilərinin üçdə birini itirəcək Ukrayna NATO-ya dəvət almayacaq. Buna görə də, münaqişənin yeganə həlli atəşkəs və danışıqlara başlamaqdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Fitso   Ukrayna   parçalanma  





Xəbər lenti