Çeçenistanın paytaxtı hava hücumuna məruz qalıb

   Çeçenistanın paytaxtı hava hücumuna məruz qalıb
  12 Dekabr 2024    Oxunub:755
Bu gecə Çeçenistanın Daxili İşlər nazirliyinin respublika üzrə ikinci alayının paytaxt Qroznıdakı binasına pilotsuz təyyarə ilə hücum edilib.
AzVision.az “Qafqaz.Reallıqlar” nəşrinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı yaralanıb, itkilər haqqında məlumat yoxdur.

Sosial şəbəkə istifadəçiləri şəhərdə partlayış səslərini eşitdiklərini yazır. Rəsmi orqanlar hələlik hadisə ilə bağlı məlumat verməyib.

Xatırladaq ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Çeçenistana üçüncü dron hücumudur. Dekabrın 4-də edilən əvvəlki hücumun da hədəfi məhz ikinci alayın bazası idi. Çeçenistana ilk PUA hücumu oktyabrın 29-da olub - nəticədə Qudermesdəki Xüsusi Təyinatlılar Universitetinin binalarından birinin damı yanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qroznı   PUA   hücum  





Xəbər lenti