Gürcüstanın müxalif telekanalı bağlana bilər

Gürcüstanın müxalif telekanalı bağlana bilər
  12 Dekabr 2024    Oxunub:672
Gürcüstanın ən böyük və ən məşhur müxalifət telekanallarından biri olan “Mtavari Arxi” bağlanmaq təhlükəsi ilə üzləşib.
AzVision.az “Sova News” nəşrinə istinadən xəbər verir ki, telekanalın baş direktoru Georgi Qabunianın iddiasına görə, kanalın yaradıcılarından biri Zaza Okuaşvili onu bağlamaq qərarına gəlib. Qabunianın fikrincə, Okuaşvili onu bağlamaq üçün hər şeyi edir.

“Zaza Okuaşvilinin qərarı və onun direktoru Qoqa Kurdadzenin hərəkətləri nəticəsində “Mtavari Arxi” artıq maliyyə mənbələrindən məhrum olub. Bağlanmış müqavilələrə tədricən xitam verilir ki, bu da son nəticədə kanalın işini qeyri-mümkün edəcək”, - Georgi Qabunia bildirib.

Lakin o, əmin edib ki, telekanalın komandası təslim olmaq niyyətində deyil və mübarizəni davam etdirmək niyyətindədir. Qabunia Jurnalist kanalın bacardığı qədər fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, “Mtavari Arxi” telekanalı 2019-cu ildə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin keçmiş tərəfdaşı Nika Qvaramiya tərəfindən yaradılıb. Hazırda Qvaramiya müxalif “Axali” partiyasının lideridir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   telekanal   bağlanmaq  





Xəbər lenti