Ukraynanın Kurskdakı canlı qüvvə itkisi 39 660-ı keçdi

   Ukraynanın Kurskdakı canlı qüvvə itkisi    39 660-ı    keçdi
  10 Dekabr 2024    Oxunub:598
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində verdiyi itki sayı 39 min nəfəri ötüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 39 660-dan çox hərbi qulluqçusunu itirib”, - məlumatda qeyd edilib.

Narışkin: "Ukrayna Silahlı Qüvvələri dağılmaq ərəfəsindədir"
Nazirliki onu da bəyan edib ki, təkcə son sutka ərzində Ukrayna hərbçiləri 200 döyüşçü, səkkiz zirehli texnika, dörd maşın və iki minaatan itirib: "Şimal" ordu qrupu Quevo, Lebedevka, Leonidovo, Malaya Loknya, Martınovka, Nikolaevo-Daryino, Nikolski, Novaya Soroçina, Novoivanovka və Sverdlikovo yaşayış məntəqələri ərazilərində düşməni məğlub edib".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti