Gürcüstanda komendant saatı tətbiq oluna bilər

Gürcüstanda    komendant saatı    tətbiq oluna bilər
  10 Dekabr 2024    Oxunub:647
Gürcüstan hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanlarını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı yaydığı məlumata əsasən, hakim “Gürcü Arzusu-Demokrtaik Gürcüstan” partiyası dekabrın 29-da Mixail Kavelaşvilini ölkənin yeni prezidenti elan etməyi planlaşdırır. Bundan sonra isə hakim partiya partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir.

"DİN-ə 5 gün bəs etdi ki, "Maydan" cəhdinin qarşısını alsın" - Kobaxidze
Qeyd edək ki, dünən Gürcüstan hökumətinin rəhbəri İrakli Kobaxidze ölkənin Daxili İşlər nazirliyinin “beş günə müxalifətin zorakılıq imkanlarını zərərsizləşdirdiyini” və bunun “ölkədə Maydan cəhdinin qarşısının alınmasına kömək etdiyiyi" bildrib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Gürcüstan   məhdudiyyətlər  





Xəbər lenti