Tramp bütün qeyri-qanuni miqrantları deportasiya edəcək

   Tramp bütün qeyri-qanuni miqrantları deportasiya edəcək
  08 Dekabr 2024    Oxunub:1386
Tramp 4 il ərzində ABŞ-dan bütün qeyri-qanuni miqrantları deportasiya etmək planını açıqlayıb .
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, dörd il ərzində bütün qeyri-qanuni miqrantları deportasiya etmək niyyətindədir. Bu barədə NBC telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyası yanvarın 20-də, yeni prezident rəsmən işə başladıqdan sonra başlayacaq. Dövlət başçısı deportasiyaya məhkum miqrantlardan başlayacağını bildirib.

Tramp əlavə edib ki, ailə üzvləri qeyri-qanuni miqrant olan ABŞ vətəndaşları seçim etməli ola bilərlər: ya ABŞ-da qalmalı, ya da miqrant ailə üzvləri ilə birgə deportasiyaya razı gəlməli. "Mən ailələri dağıtmaq istəmirəm, buna görə də onların birgəliyini təmin etmək üçün hamısını geri göndərmək lazımdır"-, Tramp deyib.

Onun sözlərinə görə, istisnalar "xəyalpərəstlər" üçün nəzərdə tutulub, yəni ABŞ-a qeyri-qanuni yollarla gənc yaşda daxil olmuş və artıq uzun illər bu ölkədə yaşayan insanlar qala biləcəklər.

Trampın sözlərinə görə, Meksikanın rəhbəri Klaudiya Şeynbaum ona qeyri-qanuni miqrasiya ilə mübarizədə köməklik göstərməyə söz verib.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti