Gürcüstanda 32 polis aksiyalarda ağır xəsarət alıb

Gürcüstanda 32 polis aksiyalarda ağır xəsarət alıb
  29 Noyabr 2024    Oxunub:357
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ölkədə son günlər yaşanan xaosla bağlı məlumat yayıb.
DİN bəyan edb ki, müxalifətin Tbilisidə, parlament yaxınlığında keçirdiyi aksiyasının dağıdılması nəticəsində xeyli sayda polis əməkdaşı xəsarət alıb.

“Qeyri-qanuni və zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb... Onlardan 13-nə cərrahi müdaxilə tələb olunub",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Tbilisi və Gürcüstanın digər şəhərlərində gecə səhərə kimi etiraz aksiyaları keçirilib. İğtişaşlar əsasən paytaxtın Rustaveli prospektində zibil qutuları və təkərlərin yandırılması ilə təşkil olunub. Etirazçılarla polis arasında toqquşmalar da olub. Gürcüstanın xüsusi təyinatlı qüvvələri qərbyönlü müxalifət üzvlərinin qurduqları barrikadaları dağıdıb, onları gözyaşardıcı qaz, tüstü və su şırnaqları ilə mərkəzi meydandan uzaqlaşdırıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti