Norveç şahzadəsinin oğlu zorlamaya görə saxlanılıb

 Norveç şahzadəsinin oğlu zorlamaya görə saxlanılıb
  19 Noyabr 2024    Oxunub:347
Norveç şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Hoibi polis tərəfindən saxlanılıb.
Bu barədə AFP polisə istinadən məlumat yayıb. Qeyd edilir ki, o, zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinir.
Məlumata görə, 27 yaşlı Hoiby bazar ertəsi axşam saatlarında nəzarətə götürülüb: "O, konkret cinayət məcəlləsi üzrə ittiham olunur. Daha dəqiq desək, şahzadənin oğlu “huşsuz vəziyyətdə olan və ya başqa səbəblərdən müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqədə olmaqda” şübhəli bilinir".

Agentlik onu da xatırladıb ki, bu, Hoibinin törətdiyi ilk cinayət hadisəsi deyil. O, ilk dəfə deyil ki, oxşar mövzuda hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Hoibi avqustun 4-də də Osloda saxlanılmışdı. Gənc oğlan münasibətdə olduğu qadına bədən xəsarəti yetirməkdə ittiham olunub.

Qeyd edək ki, jurnalist ailəsində dünyaya gələn Mette-Marit 2001-ci ildə Norveç Şahzadəsi Haakon ilə evlənib. Marius Borq Hoibi anasının əvvəlki münasibətindən olan oğludur. Mette-Marit və oğlu toydan sonra kral ailəsinə üzv kimi qəbul ediliblər.

Tural Tağıyev

AzVision.az



Teqlər: Norveç  





Xəbər lenti