Rusiyadan xəbərdarlıq: NATO obyektləri kütləvi qırğın silahları ilə vurula bilər

  Rusiyadan xəbərdarlıq:  NATO obyektləri kütləvi qırğın silahları ilə vurula bilər
  19 Noyabr 2024    Oxunub:590
"Artıq NATO raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək cəhdləri olub".
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

“Kimin və nə vaxt NATO ölkələrinin uzaqmənzilli taktiki və qanadlı raketlərdən Rusiya ərazisinin dərinliklərində istifadə etməsi qərarı o qədər də vacib deyil. Xüsusən də, artıq ölkəmizə qarşı onlardan istifadə cəhdləri olub”, - siyasətçi yazıb.

Rusiya XİN : Ukrayna ərazimizə raket hücumu etsə, bu, münaqişənin mahiyyətini dəyişəcək
O, həmçinin qeyd edib ki, Qərb raketlərinin Rusiya Federasiyasının dərinliklərinə atılmasından sonra Moskvanın buna cavab vermək hüququ olacaq. Çünki bu, NATO ölkələrinin Rusiyaya hücumu kimi qiymətləndiriləcək: "Belə olan halda Kiyevə və NATO-nun əsas obyektlərinə qarşı kütləvi qırğın silahları ilə cavab vermək hüququ yaranır. Bu isə artıq III Dünya Müharibəsidir”

Xatırladaq ki, “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yayıb. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO   Raket  





Xəbər lenti