Paraqvay lideri G20 sammitində xəstəxanaya yerləşdirilib

Paraqvay lideri G20 sammitində xəstəxanaya yerləşdirilib
  19 Noyabr 2024    Oxunub:493
Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı xəstəxanaya yerləşdirilən Paraqvay prezidenti Santiaqo Pena özünü yaxşı hiss edir.
Bu barədə vitse-prezident Pedro Aqliana sosial şəbəkələrdə məlumat yayıb.
"Səhhətində yaranan yüngül problemdən sonra Rio-de-Janeyroda xəstəxanaya aparılan prezidentlə danışdım. O, özünü yaxşı hiss edir və analizinin nəticələrini gözləyir". - Aqliani yazıb.

Xatırladaq ki, siyasətçi ürək ağrısından şikayətlənərək G20 sammitini təcili yardım maşını ilə tərk edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti