Borrelin növbəti fiaskosu

Borrelin növbəti    fiaskosu
  19 Noyabr 2024    Oxunub:527
Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri İsraillə siyasi dialoqun dayandırılması təklifini dəstəkləməyiblər.
AzVision.az bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel öz açıqlama verib.

“Mən Şuraya İsraillə Assosiasiya Sazişinin dayandırılmasını təklif etdim. Xüsusilə də sazişin şuranın müstəsna səlahiyyətinə aid olan hissəsi kontekstində”, - Borrell Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

O, İrlandiya və İspaniyanın İsrailin assosiativ sazişin şərtlərinə əməl etməsinə şübhə ilə yanaşdıqları üçün İsraillə münasibətlərə son qoyulması tələbini irəli sürməsindən sonra bu təklifi gündəmə gətirdiyini xatırladıb.

- Üzv dövlətlərin əksəriyyətinin fikrincə, İsraillə diplomatik münasibətləri davam etdirmək daha yaxşıdır və bu qərar da verildi”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Borrelin iddisına görə, o, belə bir qərara hazır idi. Qeyd edək ki, Aİ-nin hər hansı dövlətlə assosiasiya sazişinin dayandırılması barədə qərar Avropa İttifaqı Şurasının 27 üzvünün hamısının yekdilliyini tələb edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Borrel   İsrail   fiasko  





Xəbər lenti