Niderland XİN: "İsraillə əlaqələri kəsmək doğru deyil"

   Niderland XİN:    "İsraillə əlaqələri kəsmək doğru deyil"
  18 Noyabr 2024    Oxunub:655
"Avropa İttifaqı Yaxın Şərqdəki gərginlik fonunda İsraillə diplomatik dialoqu davam etdirməlidir".
Bu sözləri Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin çağırışına cavabən dilə gətirib.

Aİ-nin Brüsseldə keçiriləcək iclasından qabaq jurnalistlərə açıqlama verən nazir həmçinin bildirib ki, dekabrda İsrailə səfərə gedəcək.

Borrel ötən günlərdə vurğulamışdı ki, "Qəzzadakı müharibədə mümkün insan haqları pozuntularına görə ittifaq İsraillə siyasi dialoqu dayandırmalı və İsrail hökumətinə təzyiq göstərməlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   İsrail   Yaxın-Şərq   müharibə  





Xəbər lenti